ELÜVİAL CƏRGƏ / KONTİNENTAL ÇÖKÜNTÜLƏR

Şanserə görə /1966/ aşınma qabığı və qurunun torpaq və elüvial örtüyü ilə paragenetik əlaqəsi olan, çökmə süxurlar toplusu. ряд элювиальный eluvial row
ELÜVİ
EMBRİONAL VULKAN
OBASTAN VİKİ
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Çöküntülər
Çöküntülər (coğrafiya)
Kontinental ABŞ
Kontinental ABŞ, ya da Conus — Amerika Birləşmiş Ştatlarının Şimali Amerika qitəsində yerləşən 48 əyaləti və paytaxt Washington D.C.-ni əhatə edən (7.825.268 km²) regionunun adıdır. Alyaska regionu digər 48 ştata bitişik olmadığı üçün bəzən bu tərifdə yer alır və bəzən bu tərifdən kənarda saxlanılır. Havay əyaləti Böyük Okeanda yerləşən bir ada olduğundan həmişə Kontinental ABŞ anlayışından kənarda qalır.
Kontinental Konqres
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On üç koloniya nümayəndələrinin birgə qəbul etdikləri razılaşma əsasında formalaşmışdır. Konqres Amerika inqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776-cı ildə Konqresin ikinci — "Müstəqillik Haqqında Qanun"u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin — Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa krallığı ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir. Birinci Kontinental Konqres 1774-cü il, 5 sentyabrdan 17 oktyabradək Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Karpenter Sarayında qısa zaman ərzində bir araya gəlmişdir.
Kontinental Ordu
Kontinental Ordu — sonralar Amerika Birləşmiş Ştatları kimi tanınan koloniyaların başlatdığı Amerikan İnqilab Müharibəsinin törədilməsindən sonra İkinci Kontinental Konqres tərəfindən formalaşdırıldı. 1775-ci il, İyunun 14-də Konqresin qərarı ilə təsis edilən Böyük Britaniya hakimiyyətinə qarşı On Üç Koloniyanın hərbi səylərini koordinasiya etmək üçün yaradılmışdır. Kontinental Ordu yerli döyüşçülər və könüllü qoşunlardan ibarət ordu idi. General Corc Vaşinqton müharibə boyunca ordunun baş komandanı olmuşdur. 1783-cü ildə müharibənin başa çatması ilə Paris Sülh Müqaviləsi bağlanır və Kontinental Ordunun əksər hissəsi dağılır. 1792-ci ildə, 1-ci və 2-ci Alaylar General Entoni Veynin rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Legionunun əsasını qoymağa başladılar. Bu, 1796-cı ildə yaranmış ABŞ Ordusunun təməli oldu.
Kontinental blokada
Kontinental blokada — 1806 − 1814 cü illərdə fransız imperatoru Napoleonun öz rəqiblərinə qarşı (1801-1814 cü illər ingilis-fransız müharibəsi) apardığı iqtisadi və siyasi təcrid siyasəti. Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilsit sülhü bağlanılır. Tilsit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi sayılır. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub olur. İyul ayında isə Tilsitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalanır. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və İngiltərəyə qarşı kontinental blokadaya qoşulmağa məcbur oldu. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.
Kontinental iqlim
Kontinental damcı
Kontinental damcı — cənuba istiqamətlənmiş relyef formalarının şimala istiqamətli relyef formalarından daha çox və gözəçarpan olmasının müşahidəsi. Məsələn, Afrika, Cənubi Amerika, Hindistan yarımqitəsi və Qrenlandiya cənuba doğru bir nöqtəyə qədər daralır. Müşahidə Ormond de Key tərəfindən 1973-cü ildə "sadəcə xəritələrə baxmaqdan irəli gələn, Yer kürəsini sarsıdan başqa bir yeni nəzəriyyə" kimi təqdim etdiyi sarkastik bir nəşrdə edilmişdir. Bu, hazırda hərtərəfli qəbul edilən Yer qitələrinin hərəkətini təsvir etmək üçün o dövrdə formalaşdırılan və təkmilləşdirilən plitə tektonikası nəzəriyyəsini satirikləşdirirdi. Qitədən daha kiçik damcıların nümunələrinə Kaliforniya yarımadası, Florida, Yutlandiya istisna olmaqla, bütün Avropa yarımadaları, eləcə də Cənub-Şərqi Asiya, Malay yarımadası və Hind-Çini daxildir. == İstinadlar == == Xarici keçidlər == Holst, Timothy B. "Continental Drip Revisited" (PDF). Australian Systematic Botany Society Newsletter (68). September 1991: 21–23. Morrison, David. "Continental Drip Reviewed" (PDF).
Abissal çöküntülər
Abissal çöküntülər — dərin dəniz çöküntüləri, abissal zonada 3–4 km-dən çox dərinlikdə müasir və qədim dəniz və okean çöküntüləri. Əsasən karbonatlı və silisli lillər, dərin sulu qırmızı gil daxildir. "Abissal çöküntülər" anlayışı ilk dəfə 1907-ci ildə Almaniya tədqiqatçısı Otto Krümmel tərəfindən təqdim edilmişdir. Onlar müxtəlif mikroorqanizmlərdən və heyvan qalıqlarından (orqanogen çöküntülər), vulkan püskürmələrindən, süxurlardan və minerallardan əmələ gəlir. Abissal çöküntülər okeanın dibinin təxminən 90%-ni əhatə edir.
Allüvial çöküntülər
Flüvioqlyasial çöküntülər
Hemipelagik çöküntülər
Hemipelagik çöküntülər - dərin dənizlərdə və okeanın orta dərinliklərində əmələ gəlir və qitə yamacının aşağı hissəsini və qitə ətəyini əhatə edir (Dietz and Holand, 1966); çöküntütoplanmanın üst sərhədi təxminən 2000m izobatı üzrə, alt sərhədi isə 4000–5000 m dərinlikdə, yəni karbonattoplanmanın "böhran" dərinliyindən keçir. Bu dərinliklərdən aşağıda plankton foraminifer qabıqları soyuq suda həll olunduğundan karbonat çöküntülər əmələ gəlmir, yuxarıda isə biogen mənşəli alevritli və qumlu karbonat fraksiyası zəngin olur. Dəniz Okean Qitə Karbonat çöküntüləri Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Hemogen çöküntülər
Korrelyat çöküntülər
Korrelyat çöküntülər (rus. коррелятные отложения, ing. correlative sediments) — dağların parçalanması hesabına onların ətəyində toplanan çöküntülər, skulptur relyeflə bir vaxtda yaranır. Adətən K. ç. parçalanma mənbəyinə yaxın sahələrdə kobud çöküntülərin toplanması, nisbətən xırda dənələrin daha uzaqlara aparılması ilə əlaqədar zonal quruluşa malik olur. K. ç. görə skulptur relyefin yaşı və inkişaf tarixi təyin edilir.
Nerit çöküntülər
Pelagial çöküntülər
Periqlyasial çöküntülər
Periqlyasial çöküntülər — (yun.peri-yaxınlıqda və lat. glacies-buz) Keçmiş və müasir buzlaqların ucqarlarında əriyən sulardan çökən çöküntülərə və onların əmələ gətirdiyi relyef formalarına deyilir.
Piroklastik çöküntülər
Piroklastik çöküntülər — əsasən daşınma və çökmə proseslərində köklü dəyişmələrə (çeşidlənmə, yuvarlaqlaşma) uğramamış piroklastik materialdan (vulkan külü, lapilli, vulkan bombası) ibarət olan vulkanogen qırıntılı çöküntülər. Püskürmə ocaqlarının yaxınlığında həm quruda, həm də su hövzələrində rast gəlinir. Vulkan külü Lapilli Vulkan bombası Çöküntülər Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Terrigen çöküntülər
Terrigen çöküntülər-(lat.terra-quru, yer) Dənizlərin və okeanların materik dayazlığında çökən qırıntı çöküntülərinə deyilir. Terrigen çöküntülər həm kontinental həm də dəniz mənşəli olub,qum,gil və lildən ibarətdir.
Çöküntülər(coğrafiya)
Çöküntülər (coğrafiya)
Çöküntülər (geologiya)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Çöküntülər (geoloji)

Kontinental blokada siyasəti